Baş nazir müsəlman miqrantları "işğalçı" adlandırdı

Baş nazir müsəlman miqrantları "işğalçı" adlandırdı
  08 Yanvar 2018    Oxunub:2841
Macarıstanın baş naziri Viktor Orban Avropaya gedən miqrantları "müsəlman işğalçıları" adlandırıb.
AzVision.az “RİA Novosti”-yə istinadən xəbər verir ki, Orban bu barədə “Welt” nəşrinə açıqlamasında deyib.

"Biz bu insanları qaçqın deyil, müsəlman işğalçıları hesab edirik",- deyə baş nazir bildirib. Orban qeyd edib ki, qaçqın axını dövlət daxilində "paralel icmaların" meydana gəlməsi ilə nəticələnə bilər.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Macarıstan   Miqrant  





Xəbər lenti