İrəvanda kriminal avtoritetin oğlu polisi öldürdü - FOTOLAR

  08 Yanvar 2018    Oxunub : 3468
İrəvanda kriminal avtoritetin oğlu polisi öldürdü - FOTOLAR

İrəvanda ötən gün axşam saatlarında ağır yol qəzası baş verib.

AzVision.az “News.am”-a istinadən xəbər verir ki, hadisə nəticəsində bir nəfər ölüb, bir neçə nəfər isə xəsarət alıb. Hadisə Abovyan küçəsi ilə Sayat-Nova prospektinin kəsişməsində baş verib.

Belə ki, “BMW X6” ilə “Toyota Corola” markalı avtomobillərin toqquşması nəticəsində Ermənistan Yol Polisinin 1-ci taborunun zabiti, “Toyota Corola”-nın sürücüsü 29 yaşlı İrəvan sakini Areq Davtyan ölüb. Avtomobildəki digər sərnişin, 34 yaşlı polis Xaçik Qasparyan isə ağır yaralanıb.



Məlumata əsasən “BMW X6” markalı avtomobil polis maşını ilə toqquşduqdan sonra reklam lövhəsinə çırpılıb və səkiyə dəyib. Avtomobildə bir neçə Rusiya və Ermənistan dövlət nömrə nişanları olub.

Mənbənin bildirdiyinə görə, “BMW X6”-nın sürücüsü “Çvçv Avro” ləqəbi ilə tanınan kriminal avtoritet Sarkis Vardanyanın oğludur. Bəzi məlumatlara görə, qəza nəticəsində həlak olan Areq Davtyanın bu yaxınlarda uşağı dünyaya gəlib.



“BMW X6”-nin sürücüsü hadisə yerindən qaçıb. Hadisə baş verən vaxt hər iki polis zabitinin xidməti vəzifədə olduğu bildirilir. Qəza ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.










Eldar Tanrıverdiyev
AzVision.az

Teqlər: İrəvan   Polis   Qəza