107 ölkə silah ticarəti müqaviləsi imzaladı

107 ölkə silah ticarəti müqaviləsi imzaladı
  26 Sentyabr 2013    Oxunub:2471
BMT təşkilatının 193 üzv ölkəsindən 107-si silah ticarəti haqqında Beynəlxalq müqavilə imzalayıb.
AzVision.az xəbər verir ki, konvensiya 70 milyardlıq silah bazarına nəzarəti və bu bazarı nizama salmağı nəzərdə tutur.

Rusiya hələ silah ticarəti üzrə beynəlxalq müqaviləyə qoşulmayıb. Bu barədə Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib. Onun sözlərinə görə, Rusiya bir sıra amilləri nəzərə alaraq bu qərarı sonra qəbul edəcək.

Konvensiya əsasında tank, zirehli döyüş texnikası, artilleriya, döyüş təyyarələri və vertolyotları, gəmilər, raket sistemləri, həmçinin yüngül atıcı silahların ticarəti aparılacaq. Nüvə, kimyəvi silah və bioloji silahların ticarət üçün ayrıca beynəlxalq konvensiya lazımdır.

AzVision.az


Teqlər:





Xəbər lenti