Qarabağda daha iki erməni hərbçi yaralanıb - YENİLƏNİB

Qarabağda daha iki erməni hərbçi yaralanıb - YENİLƏNİB
  08 Yanvar 2018    Oxunub:5723
Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində təxribata cəhd edən Ermənistan ordusunun iki hərbçisi yaralanıb.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Bildirilib ki, ağır güllə yarası alan baş leytenant Y. Musinyan və müddətdən artıq xidmət edən hərbçi - sürücü hərbi hospitala aparılıb. Onların vəziyyəti ağır olaraq qiymətləndirilir.

Qeyd edək ki, işğalçı Ermənistan ordusu Qarabağda itki verib. Dünən saat 13:20 radələrində işğal altında olan Qarabağın şimal-şərq istiqamətində yerləşən qanunsuz hərbi hissələrdən birinin döyüş postunda təxribata cəhd edən erməni əsgər 1998-ci il təvəllüdlü Vaçe Nver Çilinqaryan məhv edilib. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Qarabağ  





Xəbər lenti