Ermənistanın yeni prezidenti martda seçiləcək

Ermənistanın yeni prezidenti martda seçiləcək
  08 Yanvar 2018    Oxunub:1756
Cari ilin mart ayının birinci ongünlüyündə Ermənistan parlamenti namizədliyi irəli sürülən şəxslər arasından ölkənin yeni prezidentini seçəcək.

AzVision.az xəbər verir ki, bu barədə Ermənistan İctimai Televiziyası məlumat yayıb. Bildirilib ki, yeni seçilən prezident aprelin 9-da səlahiyyətlərinin icrasına başlayacaq.
Məhz həmin gün ölkə başçısının səlahiyyətləri başa çatacaq. Bununla da Ermənistanda parlament idarəetmə sisteminə keçid yekunlaşacaq.

Yeni hökumət formalaşacaq – hazırkı hökumət isə istefaya gedəcək. 9-16 aprel tarixlərində isə parlament fraksiyaları baş nazir postuna öz namizədlərini irəli sürəcək.

Parlament baş naziri seçdikdən sonra sonuncu nazir və baş nazir müavinlərinin təsdiqlənməsi üçün namizədlərin siyahısını parlamentə təqdim edəcək.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Ermənistan   Prezident   Seçki  





Xəbər lenti