Rusiyada erməni diaspor fəalları qətlə yetirilib

Rusiyada erməni diaspor fəalları qətlə yetirilib
  08 Yanvar 2018    Oxunub:3093
Rusiyanın Krasnodar diyarında erməni icmasının fəal üzvləri qətlə yetirilib.

AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə Ladoj stansiyasında yerləşən restoranların birində baş verib.
Naməlum şəxs içəri daxil olaraq ermənilərin olduğu masaya avtomatdan atəş açıb. Silahlı insident nəticəsində yerli erməni icmasının iki nümayəndəsi Roman Sirakosyan və Artyom Mirzoyan ölüb. Digər masada əyləşən qaraçı icmasının üzvü Nikolay Kuzmenko da insident zamanı dünyasını dəyişib.

Hüquq mühafizə orqanları qətldə şübhəli bilinən 33 yaşlı, kazak atamanı Aleksandr Sitaviçusu saxlayıb. Faktla bağlı araşdırma aparılır.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Rusiya  





Xəbər lenti