Ermənistanda sürücülər də hakimiyyətdən narazıdır - VİDEO

Ermənistanda sürücülər də hakimiyyətdən narazıdır - VİDEO
  08 Yanvar 2018    Oxunub:2424
İrəvanda sürücülər Ermənistan hökumətinin binası qarşısında etiraz aksiyası keçirib.

AzVision.az-ın erməni KİV-lərinə istinadən verdiyi məlumata görə, sürücülər Ermənistana sükanı sağda olan avtomobillərin idxalına qadağanı nəzərdə tutan qanun layihəsinə etiraz ediblər.
Ötən gün isə 200 sürücü etiraz yürüşü keçirib. Yürüş Erebuni rayonundakı avtomobil bazarında başlayıb, paytaxtın mərkəzindəki Baqramyan prospektində başa çatıb.

Etirazçılar bildiriblər ki, Ermənistanın rabitə və nəqliyyat naziri ilə keçirdikləri görüş heç bir nəticə vermədiyindən mübarizəni sona qədər davam etdirəcəklər.

Qeyd edək ki, qanun layihəsi 2018-ci il aprelin 1-dən ölkəyə sükanı sağda olan avtomobillərin idxalına qadağanı nəzərdə tutur. Təşəbbüs idarəetmə zamanı guya təhlükəsizliyi daha yüksək səviyyədə təmin etməyə yönəlib.



Alper Mövludoğlu
AzVision.az


Teqlər: Ermənistan   Etiraz   Sürücü  





Xəbər lenti