Misirdə prezident seçkilərinin vaxtı bilindi

Misirdə prezident seçkilərinin vaxtı bilindi
  09 Yanvar 2018    Oxunub:1159
Misirdə növbəti prezident seçkilərinin vaxtı açıqlanıb.
"Anadolu" agentliyinin məlumatına görə, Misir Milli Seçki İdarəsinin sədri Laşin İbrahim seçkilərin martda keçiriləcək birinci turunun nəticələrinin aprelin 2-də açıqlanacağını bildirib.

Onun sözlərinə görə, seçkilərin birinci turunda xaricdə yaşayan vətəndaşlar üçün səsvermə martın 16-da, 17-də və 18-də təşkil olunacaq. Misirdə isə seçicilər martın 26-da, 27-də və 28-də səs verə biləcəklər.

Birinci turda namizədlərdən biri səslərin 50 faizindən çoxunu toplaya bilməsə, ən çox səs alan iki namizəd ikinci turda mübarizəni davam etdirəcək. İkinci turda isə səsvermə xaricdə yaşayan misirlilər üçün aprelin 19-21-də, ölkədə isə aprelin 24-26-da keçiriləcək.

AzVision.az


Teqlər: Misir   Seçki   Prezident  





Xəbər lenti