Elmar Məmmədyarov Davudoğluyla görüşüb

Elmar Məmmədyarov Davudoğluyla görüşüb
  26 Sentyabr 2013    Oxunub:914
Nazir Elmar Məmmədyarov Türkiyə, Qazaxıstan, Bolqarıstan, Honduras və Kolumbiya xarici işlər nazirləri ilə ikitərəfli görüşlər keçirib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, nazir Elmar Məmmədyarov BMT Baş Assambleyasının 68-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfəri çərçivəsində Türkiyə, Qazaxıstan, Bolqarıstan, Honduras və Kolumbiya xarici işlər nazirləri ilə ikitərəfli görüşlər keçirib.

Görüşlər zamanı ölkələr arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti, əməkdaşlığın inkişaf etdirilməsi yolları müzakirə olunmuş və bu istiqamətdə səylərin artırılmasının vacibliyi vurğulanıb.

Görüşdə, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti xüsusi qeyd edilib.

Keçirilən görüşlər zamanı nazir Elmar Məmmədyarov həmkarlarına Ermənistan-Azərbaycan münaqişəsi barədə məlumat verib, bu münaqişənin tezliklə həllinin vacibliyinin və bunun üçün ilk növbədə Ermənistan qoşunlarının ölkəmizin işğal olunmuş ərazilərindən çıxarılmasının, etnik təmizləmə siyasəti nəticəsində doğma yurd-yuvalarından qaçqın və didərgin düşmüş insanların geri qayıtmasının zəruri olduğunu xüsusi vurğulayıb.


Teqlər:





Xəbər lenti