ABŞ-ın məxfi peyki yoxa çıxıb

ABŞ-ın məxfi peyki yoxa çıxıb
  09 Yanvar 2018    Oxunub:1842
Bazar günü havaya buraxılan ABŞ-ın məxfi peyki “Zuma” ilə əlaqə itib.

AzVision.az xəbər verir ki, bu barədə “Wall Street Journal” nəşri iki mənbəyə istinadən məlumat yayıb.
“Northrop Grumman” istehsalı olan raket “Falcon 9” raketinin ikinci hissəsindən ayrıla bilməyib. Böyük ehtimalla problem yaranıb və peyk dənizə düşüb. ABŞ məsələ ilə bağlı araşdırmalara başlayıb, lakin diversiya və ya digər müdaxiləyə rast gəlinməyib.

“Biz bu cür missiyalar; şərh etmirik. Lakin hazırki göstəricilərə görə “Falcon 9” öz işini formal olaraq görür”, - deyə “SpaceX” şirkətinin nümayəndəsi Ceyms Qlison bildirib.

Qeyd edək ki, peykin daşındığı raket yanvarın 8-i Kanaveraldan havaya buraxılıb. Raket 2017-ci ilin noyabrında havaya buraxılmalı idi, lakin müxtəlif səbəblərdən onun uçuşu təxirə salınmışdı.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: ABŞ   Peyk  





Xəbər lenti