Ermənistanın xarici borcu kəskin artıb

Ermənistanın xarici borcu kəskin artıb
  09 Yanvar 2018    Oxunub:1857
Ötən ilin noyabr ayında Ermənistanın borcu 62 milyon dollar artıb.
AzVision.az xəbər verir ki, Ermənistan Milli Statistika komitəsinin yaydığı məlumata görə, 2017-ci ilin 1 dekabr tarixində Ermənistanın xarici borcu 5.1 milyard dollar təşkil edib.

Yalnız noyabr ayında xarici borc 62 milyon dollar artıb. Ümumi dövlət borcu isə 6,4 milyard dollar olub. Bu, Ermənistanın 2016-cı ildəki ÜDM-nin 61%-ni təşkil edir.

Alpər Mövludoğlu
AzVision.az


Teqlər: Ermənistan   Borc  





Xəbər lenti