Sarkisyan xəstədir - Mətbuat katibi təsdiqlədi

Sarkisyan xəstədir -  Mətbuat katibi təsdiqlədi
  09 Yanvar 2018    Oxunub:2921
Ermənistan prezidenti Serj Sarkisyanın səhhətinin pisləşməsi, bu səbəbdən xəstəxanaya yerləşdirilməsi ilə bağlı məlumata onun mətbuat katibi münasibət bildirib.

AzVision.az xəbər verir ki, mətbuat katibi Vladimir Akopyan Sarkisyanın xəstələndiyini etiraf edib, amma onun xəstəxanaya yerləşdirilməsini gizlətməyə çalışıb.
“Prezidentin soyuqdəyməsi var idi. O, bu müddətdə evdə olub”, - deyə mətbuat katibi bildirib.

Qeyd edək ki, bu gün Ermənistanın aparıcı KİV-lərində prezident Serj Sarkisyanın xəstəxanaya yerləşdirilməsi ilə bağlı məlumatlar yayılıb. İddia edilir ki, Yeni ildə Serj Sarkisyanın səhhəti pisləşib və onu Nairi tibb mərkəzinə aparıblar.

Səhhətində yaranmış problemlərlə əlaqədar Sarkisyan Eçmiədzin kilsəsində ənənəvi olaraq 5-6 yanvar tarixlərində keçirilən dini mərasimlərdə iştirak etməyib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Ermənistan   Sarkisyan  





Xəbər lenti