Tibb Universiteti Hafiz Hacıyevə cavab verdi

Tibb Universiteti Hafiz Hacıyevə cavab verdi
  26 Sentyabr 2013    Oxunub:1222
Prezidentliyə namizəd Hafiz Hacıyev «Turan» agentliyinə müsahibə verib. Partiya sədri müsahibəsində platformasından, imicmeykerindən danışmaqla yanaşı, Azərbaycan Tibb Universitetinə qarşı da böyük ittihamlar irəli sürüb.

`Azərbayacan Tibb Universiteti səhiyyənin evini yıxıb böyrü üstə qoyub. Özü də bunu çox ağıllı şəkildə edirlər. Kimdir orada oxuyanlar? Prokurorların uşaqları, nazirlərin qızlarıdır. Hamısı nəşəxordur. Bizim orada gənclər təşkilatı var. And içir ki, tələbələr auditoriyadan çıxandan sonra gedib ayaqyolunda iynə vurular. Universitetin rektoru, prorektoru, təhsilə baxan sahə bunu görmür?. Çünki hamısı qudurmuş insanlardır. Bunlara lazımdır ki, millət küt olsun. Səhiyyə lazım olan bu məsələyə çox ciddi fikir verilməlidir`.

AzVision.az ittihamlarla ilə bağlı Tibb Universitetinin də mövqeyini öyrənib. Universitetin mətbuat katibi Günel Aslanova bidirib ki, Azərbaycan Tibb Universiteti ölkənin ən nümunəvi təhsil ocaqlarından biridir və əsassız iddialara münasibət bildirmirlər.



Şahanə RƏHİMLİ


Teqlər:  





Xəbər lenti