İrandakı etirazlar zamanı 3700 nəfər saxlanılıb

İrandakı etirazlar zamanı 3700 nəfər saxlanılıb
  09 Yanvar 2018    Oxunub:1274
İranın müxtəlif regionlarında baş verən etiraz aksiyaları zamanı təxminən 3700 nəfər saxlanılıb.
AzVision.az “RİA Novosti”-yə istinadən xəbər verir ki, bunu İran parlamentinin təhsil məsələləri üzrə komitəsinin üzvü Mahmud Sadiqi bildirib.

“Bu şəxslərin müxtəlif hüquq-mühafizə və təhlükəsizlik orqanları tərəfindən saxlanıldığı nəzərə alınsa, konkret say demək olduqca çətindir”, - Sadiqi deyib.

Qeyd edək ki, ötən ilin dekabrın 28-dən İranda etiraz aksiyaları keçirilib. Bu aksiyalar zamanı etirazçılarla hakimiyyətin təhlükəsizlik qüvvələri arasında baş verən toqquşmalar nəticəsində 27 dinc nümayişçinin öldüyü barədə xəbərlər yayılıb.

Eldar Tanrıverdiyev
AzVision.az




Teqlər: İran   Etiraz  





Xəbər lenti