Rəsmi Seul Pxenyana güzəştə gedəcək

  09 Yanvar 2018    Oxunub : 407
Rəsmi Seul Pxenyana güzəştə gedəcək

Koreya Respublikası hökuməti Koreya Xalq Demokratik Respublikası (KXDR) rəsmilərinə qarşı sanksiyaları müvəqqəti olaraq dayandıra bilər.

AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Koreya Respublikası Xarici İşlər Nazirliyinin rəsmisi Noh Kyu-duk bildirib. Onun sözlərinə görə, bu addım KXDR rəsmilərinin gələn ay Pxençan şəhərində keçiriləcək Qış Olimpiya Oyunları üçün Cənubi Koreyaya səfər etmələri ilə bağlıdır.

Bundan başqa KXDR Sarı dənizdə insidentlərin qarşısını almaq məqsədilə Cənubi Koreya hərbçiləri ilə təcili rabitə xəttini bərpa etməyə razılıq verib. Şimali Koreyanın nümayəndə heyəti hökumətlərarası danışıqlarda bu barədə qarşı tərəfi məlumatlandırıb.

AzVision.az

Teqlər: KXDR   Koreya