"Ərəb baharı"nın başladığı ölkədə xalq üsyanı - Ölən və yaralılar var
AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, yüzlərlə insan paytaxt Tunisdə küçələrə çıxaraq etiraz aksiyası keçirib.
Polisin tələbinə tabe olmayan etirazçılarla hüquq-mühafiz orqanlarının əməkdaşları arasında toqquşmalar olub. Nəticədə 55 yaşlı bir etirazçı həyatını itirib, 5 nəfər isə ağır yaralanıb.
AzVision.az