Suriya münaqişəsi Rusiya və ABŞ-ı üz-üzə qoyub

Suriya münaqişəsi Rusiya və ABŞ-ı üz-üzə qoyub
  26 Sentyabr 2013    Oxunub:1239
Suriya münaqişəsi iki dünya nəhəngini, Rusiya və Amerika Birləşmiş Ştatlarını üz-üzə qoyub.
Dövlət katibi Con Kerri və xarici işlər naziri Sergey Lavrovun görüşündən konkret nəticənin hasil olmaması yenidən iki ölkə arasındakı münasibətləri gərginləşdirib. Vaşinqtonun böhranla bağlı mövqeyinə isə bu dəfə Dövlət Dumasının xarici əlaqələr komitəsinin sədri Aleksey Puşkov münasibət bildirib. O, qeyd edib ki, əslində Amerika Suriyada kimyəvi silahların tətbiqi ilə bir o qədər də maraqlanmır.

Puşkov iddia edib ki, kütləvi qırğın silahlarından istifadəni qabartmaq Vaşinqtona, Əsəd rejiminin devrilməsi üçün vacibdir.

Komitə sədrinin açıqlamalar verdiyi bir vaxtda isə rejimə sadiq ordu birləşmələri paytaxt Dəməşq başda olmaqla Hələb, Homs və Deyr əz Zorda yeni irimiqyaslı hücumlara start verib. Son məlumatlara görə, hücumlar nəticəsində daha 86 nəfər qətlə yetirilib.

AzVision.az


Teqlər:





Xəbər lenti