15 min nəfər Ermənistan vətəndaşlığından imtina edib
AzVision.az xəbər verir ki, bu barədə “News.am”-a Ermənistan Polisinin Pasport-Viza Departamentinin mətbuat xidmətindən məlumat verilib.
2012-ci ildən 2017-ci ilə qədər, yəni Respublika partiyası Ermənistanda hakimiyyətə gəldikdən bəri 15000 şəxs vətəndaşlıqdan imtina edib. Ermənistan polisi vətəndaşlıqdan imtina edən şəxslərin yaşı və cinsi barədə məlumat yaymayıb. Onlar bunu belə bir statistikanın aparılmadığı ilə əlaqələndiriblər.
Ermənistanın hakim Respublika Partiyasından deputatı, sabiq polis rəisi Alik Sarkisyan hesab edir ki, bu, olduqca ciddi göstəricidir və hökumət bu qərarın ölkə üçün bir nömrəli problem olduğunu qəbul etməlidir.
Sarkisyanın sözlərinə görə, vətəndaşlıqdan imtina edən şəxslərin böyük əksəriyyəti hərbi xidmətdən yaynmaq üçün ölkəni tərk edir: “Bu, bizim ölkə üçün böyük rəqəmdir. Hər kəsin ölkəni tərk etmək üçün öz səbəbi var”.
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: Ermənistan