Nazarbayev Trampla görüşmək üçün ABŞ-a gedir

Nazarbayev Trampla görüşmək üçün ABŞ-a gedir
  10 Yanvar 2018    Oxunub:2041
Qazaxıstan prezidenti Nursultan Nazarbayev 16-18 yanvar tarixlərində ABŞ-a səfər edəcək.
AzVision.az xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, yanvarın 16-da Nazarbayev ABŞ prezidenti Donald Trampla görüşəcək.

Məlumata əsasən, prezidentlər regional təhlükəsizlik və iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi və genişləndirilməsi yollarını müzakirə edəcək.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Nazarbayev   Qazaxıstan   ABŞ  





Xəbər lenti