Pakistan ABŞ-la hərbi əməkdaşlığı dayandırdı

Pakistan ABŞ-la hərbi əməkdaşlığı dayandırdı
  10 Yanvar 2018    Oxunub:1906
Pakistan hərbi və kəşfiyyat xidmətləri xətti üzrə ABŞ-la əməkdaşlığı dayandırıb.

AzVision.az “Dawn” qəzetinə istinadən xəbər verir ki, bunu Pakistanın müdafiə naziri Xürrəm Dəstgir Xan bildirib.
“Biz hərbi və kəşfiyyat xidmətləri xətti üzrə ABŞ-la genişmiqyaslı əməkdaşlığı dayandırmışıq”, - deyə Pakistanın müdafiə naziri İslamabadda Strateji Araşdırmalar Mərkəzində çıxışı zamanı bildirib.

Xanın sözlərinə görə, milyardlarla dollar xərcləməyinə baxmayaraq, ABŞ Əfqanıstanda məğlub olur. Nazir qeyd edib ki, rəsmi Vaşinqton hərbi uğursuzluqlarına görə, Pakistanı günahkar çıxarmaq istəyir: “Pakistan öz qurbanlarına qiymət qoymağa çalışmır, lakin istəyir ki, onları tanısınlar”.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Pakistan   ABŞ  





Xəbər lenti