Ermənistanın müdafiə naziri istefaya göndərilir

Ermənistanın müdafiə naziri istefaya göndərilir
  10 Yanvar 2018    Oxunub:3964
Ermənistanın hakim Respublika Partiyasında müdafiə naziri Vigen Sarkisyanın istefaya göndərilməsi müzakirə olunur.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın “Aykakan jamanak” nəşri məlumat yayıb.

Məlumata görə, prezident Serj Sarkisyan yaxın ətrafı ilə söhbəti zamanı Vigen Sarkisyandan narazılıq edib və bildirib ki, o, özünü müdafiə naziri postunda göstərə bilməyib.

Nəşrə məlumat verən mənbənin sözlərinə görə, Ermənistanın hazırki müdafiə naziri aprelin 9-dan sonra ölkə XİN-ə rəhbərlik edə bilər. Müdafiə naziri postuna isə Artak Zakaryan gətiriləcək. Artak Zakaryan hazırda Ermənistanın müdafiə nazirinin müavinidir. O, nazirliyə Milli Məclisdən gətirilib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Ermənistan   Vigen-Sarkisyan   Müdafiə-naziri  





Xəbər lenti