Nalbandyan prezident olmağa hazırlaşır

Nalbandyan prezident olmağa hazırlaşır
  10 Yanvar 2018    Oxunub:1885
Ermənistanın hazırki xarici işlər naziri Edvard Nalbandyan prezidentlik kürsüsü uğrunda mübarizəyə başlayıb.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın “Aykakan jamanak” nəşri məlumat yayıb. İddia olunur ki, Nalbandyan ölkə prezidentliyinə namizədliyini irəli sürüləcək. Ehtimal olunur ki, Ermənistan prezidentliyinə ən real namizəd məhz Nalbandyandır.

Qeyd edək ki, cari ilin mart ayının birinci ongünlüyündə Ermənistan parlamenti namizədliyi irəli sürülən şəxslər arasından ölkənin yeni prezidentini seçəcək.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Ermənistan   Nalbandyan  





Xəbər lenti