Ərdoğan Rza Zərraba görə ABŞ-ı sərt tənqid etdi

Ərdoğan Rza Zərraba görə ABŞ-ı sərt tənqid etdi
  10 Yanvar 2018    Oxunub:2206
“Hüquq başqadır, qanun, ədalət başqa. Ədalətin olmasına xidmət etməyən hüquq da, qanun da toplum üzərində hökümsüzdür”.

AzVision.az-ın məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət Şurasının toplantısında bildirib.
“2015-ci il iyulun 15-də dövlət çevrilişinə cəhd günü və səhəri dünyanın ədalətini gördük. Dövlət çevrilişi edənlər ölkənə gəlir, qoruyursan, geri qaytarmırsan. Nə imiş? Qərb, ədalətli davranıb. Bunlarda ədalət yoxdur. Özümüzü aldatmayaq. Ədalət buradadır.

1999-cu ildə Türkiyədən qaçıb gedən terrorçunu ABŞ-da bəsləyən şəxslərdən onun bizə təhvil verilməsini istəyəndə, bunu edirlər? Amma, onlar bizdən 12 terrorçunun təhvil verilməsini istəmişdilər. 15 il ərzində xoş niyyətimizi göstərdik və onları təhvil verdik. Bütün dosyeləri göndərmişik. Terrorçuları bizə verin deyəndə vermirlər. Onlar hüquqa, qanuna zərrə qədər hörmət etmirlər. Əksinə, siyasi qərarlarla Türkiyəyə meydan oxumaq yolunu tutublar. Mən bu məsələdə fərqli mövqedəyəm. Onların belə qərarlarına qətiyyən hörmət etmirəm. Onlara inanmıram”.

Ərdoğan ABŞ-da Rza Zərrabla bağlı qəbul olunan qərara gəlincə, deyib: “Biz mexanizmlərimizə güvənirik və onlarla müqayisə etmirik. Bizə dərs keçməsinlər. Bunu ən son ABŞ-da Rıza Zərrab məsələsində gördük. Bu qərarın hüquqla əlaqəsi varmı? Onlar məhkəmədə siyasi bir qərarı açıq şəkildə qəbul edə bilirlər”.

Kənan Məmmədov
AzVision.az


Teqlər: Türkiyə   Ərdoğan   ABŞ  





Xəbər lenti