Türkiyə Ermənistanla sərhəddə hasar tikməyəcək

Türkiyə Ermənistanla sərhəddə hasar tikməyəcək
  10 Yanvar 2018    Oxunub:1371
Türkiyə Ermənistanla sərhəddə hasar tikmək planından vaz keçib.
AzVision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.

Onun sözlərinə görə, Türkiyə Ermənistan və Gürcüstanla sərhəddə hasar tikməyəcək, bu ölkələrlə sərhəd elektron nəzarət sistemi ilə təchiz ediləcək. Nazir diqqətə çatdırıb ki, yaxın iki ay ərzində müvafiq addımlar atılacaq.

Qeyd edək ki, bundan əvvəl Türkiyə KİV-lərində Ermənistanla sərhəddə təhlükəsizlik məqsədilə hasarların tikiləcəyi haqda xəbərlər yayılmışdl.

AzVision.az


Teqlər: Türkiyə   Ermənistan   Sərhəd  





Xəbər lenti