İranın döyüş gəmisi Xəzərdə qəzaya uğradı

İranın döyüş gəmisi Xəzərdə qəzaya uğradı
  11 Yanvar 2018    Oxunub:1642
İrana aid döyüş gəmisi “Demavend” Xəzər dənizində qəzaya uğrayıb.
Ölkənin ən böyük döyüş gəmilərindən “Demavend”də 18 nəfər olub, onlardan altısı qəza zamanı dənizə düşüb.

Yerli mənbələrə görə, dənizə düşən altı nəfərdən dördü xilas edilib, lakin onlardan ikisi tapılmayıb. Buna görə də axtarış-xilasetmə tədbirləri davam etdirilir.

Qeyd edək ki, 2013-ci ildə dənizə endirilən döyüş gəmisinin uzunluğu yüz metrdir və 300 ton ağırlığındadır.

AzVision.az


Teqlər: İran   Gəmi   Xəzər   Dəniz  





Xəbər lenti