Sarkisyan Fransa prezidenti ilə görüşə gedir

Sarkisyan Fransa prezidenti ilə görüşə gedir
  11 Yanvar 2018    Oxunub:1877
Ermənistan prezidenti Serj Sarkisyan Fransaya səfər edəcək.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Sarkisyanın Fransa prezidenti Emmanuel Makronla görüşü keçiriləcək. Görüş yanvarın ikinci ongünlüyünə planlaşdırılıb.

Məlumata görə, Sarkisyan 22-26 yanvar tarixlərində keçiriləcək AŞPA-nın qış sessiyasında çıxış etməyə hazırlaşır. O, əvvəl Parisə, sonra Strasburqa gedəcək.

Alpər Mövludoğlu
AzVision.az


Teqlər: Ermənistan   Sarkisyan   Makron  





Xəbər lenti