ATƏT diqqətini Qarabağın həllinə yönəldir

ATƏT diqqətini Qarabağın həllinə yönəldir
  11 Yanvar 2018    Oxunub:2141
“İtaliya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin qətiyyətli həlli üçün ATƏT-in Minsk qrupunun işini dəstəkləməyə davam edəcək”.
Bunu ATƏT-in fəaliyyətdə olan sədri, İtaliyanın xarici işlər naziri Angelino Alfano ATƏT Daimi Şurasında ölkəsinin prioritetlərini açıqlayarkən deyib.

"Diqqətimiz bütün həll olunmamış münaqişələrə yönələcək", - deyən XİN rəhbəri qeyd edib ki, 2018-ci ildə ATƏT-ə sədrlik çərçivəsində İtaliya təşkilata daxil olan ölkələr arasında dialoqun intensivləşdirilməsini nəzərdə tutur və bu, əsas prinsiplərdən biridir.

Xatırladaq ki, İtaliya ATƏT-ə bu il yanvarın 1-dən sədrlik edir.

AzVision.az


Teqlər: ATƏT   Qarabağ  





Xəbər lenti