Amerikalı aparıcı erməniləri təhqir etdi - VİDEO

Amerikalı aparıcı erməniləri təhqir etdi - VİDEO
  11 Yanvar 2018    Oxunub:8332
Amerikanın "The Daily Show" verilişinin aparıcısı, yumorist Trevor Noy prezident Donald Trampı tənqid edərkən müqayisə aparıb və ermənilər haqqında “çirkli ermənilər” deyə fikirlər səsləndirib.
AzVision.az xəbər verir ki, Noy çıxışında Trampın "Twiter"dəki yazılarından sitat gətirib. Həmin yazıda prezident öz ağılı və sabit mənəvi psixoloji vəziyyəti haqqında danışmaqla çevrəsindəkilərin belə düşündüyünü qeyd edib.

"Bu, xüsusilə əyləncəlidir", - deyə Noy əlavə edib: "Yalnız Donald Tramp özünü müdafiə edə bilər, eyni zamanda öz cümləsində mövqeyini tamamilə dəyərdən sala bilərdi. Bu, birinin “mən ən tolerant, dözümlü adamam, bunu çirkli ermənidən soruşun” deməsinə bənzəyir”

Bununla aparıcı milyonlarla tamaşaçı qarşısında ermənlərin əsl çirkin simalarını ifşa edib, onlara layiq olaq "qiyməti" verib.



Alpər Mövludoğlu
AzVision.az


Teqlər: Amerika   Aparıcı   Ermənistan  





Xəbər lenti