Magistr imtahanı verənlərin nəzərinə!

Birinci mərhələdə bakalavrlara ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkür) yoxlanılması üzrə 50, xarici dil üzrə 25 və informatika fənni üzrə 25 test tapşırığı təqdim olunub.
Birinci mərhələdəki nəticələrə əsasən TQDK-nın minimal tələblərini ödəyən bakalavrlar proqram seçiminə buraxılacaq və iyun 23-də keçiriləcək ikinci mərhələdə iştirak etmək hüququ qazanacaq.
Qeyd edək ki, magistraturaya proqram seçimi 3-11 iyun, ixtisaslaşma seçimi 26-28 iyunda aparılacaq.