Mehriban Əliyeva açılışda FOTO

Mehriban Əliyeva açılışda  FOTO
  27 Sentyabr 2013    Oxunub:5268
Mehriban Əliyeva internat məktəblərinin məzunu olan gənclər üçün yaşayış binasının və uşaq bağçasının açılışında iştirak edib
AzVision.az xəbər verir ki, bu gün uşaq evləri və internat məktəblərinin məzunu olan gənclər üçün Heydər Əliyev Fondunun təşəbbüsü ilə Nizami rayonunda inşa olunmuş yaşayış binası istifadəyə verildi.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, qızları Leyla və Arzu Əliyevalar binanın açılış mərasimində iştirak etdi.

Birinci xanım mənzillərlə tanış olarikən ona ldirildi ki, yeni inşa olunan yaşayış binası artıq bir neçə ildir ki, ARDNŞ-in istehsalat sahələrində çalışan və əməkdə fərqlənən ailə qurmuş gənclər üçün nəzərdə tutulub. Karkas tipli dəmir-beton konstruksiyalı binada 68 mənzil var. Mənzillərdən 34-ü bir otaqlı, 32-si ikiotaqlı, qalanları isə 3 otaqlıdır. Mənzillər məişət avadanlığı, mətbəx, yataq, qonaq otağı mebel dəstləri ilə, soyuducu, qaz sobası, paltaryuyan maşınla təchiz edilib. Binanın həyətyanı ərazisi yaşıllaşdırılmış, uşaq oyun meydançaları qurulub.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva, qızları Leyla və Arzu Əliyevalar yeni mənzil alan gənclər - Elşən Kazımov və Sadir Tahirovun ailə üzvləri ilə birlikdə çay süfrəsi arxasında söhbət edir. Mehriban xanım Əliyeva yeni ev sahiblərinin həyat şəraiti, sosial durumları və qayğıları ilə maraqlandı. Bildirdi ki, bu cür layihələrin icrası bundan sonra da diqqət mərkəzində saxlanılacaq.

Elə həmin gün Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, qızları Leyla və Arzu Əliyevalar Nizami rayonundakı 172 nömrəli körpələr evi-uşaq bağçası binasının yenidənqurmadan sonra açılışında da iştirak etdi.

Qalereya




Teqlər:  





Xəbər lenti