Ermənistan XİN: “Bizim yenə itkilərimiz var”
AzVision.az “Aysor” nəşrinə istinadən xəbər verir ki, bunu Ermənistan parlamentində keçirdiyi brifinqdə xarici işlər nazirinin müavini Şavarş Koçaryan bildirib.
Onun sözlərinə görə, inamın yaranması üçün şərtlərdən biri atəşkəs rejiminə əməl olunmasıdır. Koçaryan qeyd edib ki, görüşlər ilk növbədə bu problemin həllinə - təmas xəttində gərginliyin azalmasına yönəlib:
“Bizim yenə itkilərimiz var. Lakin buna baxmayaraq, bu görüşlər cəbhədə gərginliyin səviyyəsinin azalmasına yardım edir”.
Koçaryan eyni zamanda qeyd edib ki, hazırda Ermənistan və Azərbaycan XİN rəhbərləri Nalbandyan və Məmmədyarovun görüş tarixi və yeri barədə məlumat verə bilməz. Lakin görüş yanvar ayının ortasında baş tutacaq.
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: Ermənistan XİN Qarabağ