Ermənistan ordusunda ağır itki: 8 gündə 4 ölü, 10 yaralı

Ermənistan ordusunda ağır itki: 8 gündə 4 ölü, 10 yaralı
  12 Yanvar 2018    Oxunub:3378
Yalnız rəsmi məlumatlara görə, cari ilin cəmi 8 günü ərzində işğalçı ordunun 4 nəfər hərbi qulluqçusu ölüb, 10 nəfəri isə ağır yaralanıb.

AzVision.az xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyindən Ordu.az-a verilən məlumata görə, Ermənistan və işğal altında yerləşən Qarabağda düşmən itkilərinin sayı daim artır.
Nazirlik yalnız rəsmi məlumatlara əsasən, 2017-ci ildə düşmən tərəfinin 32 döyüş və 30 qeyri-döyüş itkisi verdiyini, o cümlədən ermənilərin 100-dək yaralısı olduğunu bəyan edib. Düşmənin rəsmi məlumatlarını qismən də olsa, erməni KİV-ləri yalanlayıb. Belə ki, erməni KİV-lərində bu say 60 olaraq göstərilib.

Müdafiə nazirliyinin məlumatına görə, həqiqətdə Ermənistan tərəfinin real itkiləri rəsmi göstərilən rəqəmlərdən qat-qat artıqdır: "Yalnız rəsmi məlumatlara görə, cari ilin cəmi 8 günü ərzində işğalçı ordunun 4 nəfər hərbi qulluqçusu ölüb, 10 nəfəri isə ağır yaralanıb".

AzVision.az


Teqlər: Ermənistan   İşğal  





Xəbər lenti