İrəvanda generalların gizli görüşü: Müdafiə naziri yola salınır

İrəvanda generalların gizli görüşü: Müdafiə naziri yola salınır
  12 Yanvar 2018    Oxunub:2159
Ermənistanın yüksək hərbi dairələri yeni hökumətdə yeni müdafiə naziri görmək istəyirlər.

AzVision.az “Aykakan Jamanak” nəşrinə istinadən xəbər verir ki, artıq hakim Respublika Partiyasında müdafiə nazirinin istefaya göndərilməsi müzakirə mövzusudur.
Nəşr yazır ki, İrəvan yaxınlığında yerləşən restoranlardan birində gizli görüş keçirilib: “Bizə məlum olub ki, görüşdə sabiq müdafiə naziri Seyran Ohanyan, FHN rəhbəri David Tonoyan, xarici işlər nazirinin müavini Ara nazaryan və ya digər nüfuzlu şəxslər iştirak edib”.

Qəzetə məlumat verən mənbə iddia edir ki, generallar müdafiə naziri postuna öz namizədlərini irəli sürmək istəyirlər. Əsas namizədlərdən biri FHN rəhbəri olmamışdan qabaq Seyran Ohanyanın birini müavini olan David Tonayandır. Belə görüşlərin Serj Sarkisyanın prezidentlik səlahiyyətləri bitənə qədər davam edəcəyi gözlənilir. Bundan sonra Tonoyanın namizədliyi təklif olunacaq.

Nəşr yazır ki, Ermənistan ali hərbi dairələrinin fikrincə, müdafiə naziri postuna “ciddi strateq” lazımdır. Onlar lap əvvəldən Vigen Sarkisyanın müdafiə naziri postuna təyin olunmasına qarşı olublar.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Ermənistan   İrəvan   Vigen-Sarkisyan  





Xəbər lenti