Metroda dəhşət yaşandı

Metroda dəhşət yaşandı
  27 Sentyabr 2013    Oxunub:1307
Bu gün axşam saatlarında Bakı metrosunda həyəcanlı anlar yaşanıb. Gənc qız hərəkətdə olan metronun qapısının arasında qaldı
AzVision.az Milli.Az-a istinadən xəbər verir ki, "28 May" metro stansiyasında gənc qız ölümdən son anda qurtulub. Belə ki, təxminən 19:00 radələrində, insanların nisbətən çox olduğu vaxtda sözügedən stansiyada vaqona minmək istəyən qız qapıların arasında qalıb.

Hadisə yerində olan əməkdaşımız bildirir ki, buna vaqonda, eləcə də platformada insanların sayının kifayət qədər çox olması səbəb olub. Vaqona minmək istəyən xanım buna qismən müəssər olub. Onun bədəninin bir hissəsi vaqona tam keçsə də, digər hissəsinin içəri keçməsinə imkan verilməyib.

Vaqona daxil ola bilməyəcəyini anlayan gənc qız çıxmaq qərarına gəlib. Elə bu zaman qapılar bağlanıb və metro hərəkətə start verib. Qızın əlləri vaqonun içərisində, bədəninin digər hissəsi isə platformada qalıb. Yalnız sərnişinlərin səyi nəticəsində qızı xilas etmək mümkün olub. Hərəkət etmək istəyən qatar dayanıb, qapılar açılıb, şoka düşmüş xanım platformaya çıxarılıb.


Teqlər:





Xəbər lenti