Bu il 137 modul tipli məktəb tikiləcək

Bu il 137 modul tipli məktəb tikiləcək
  12 Yanvar 2018    Oxunub:3435
Təhsil Nazirliyi 2018-ci ildə quraşdırılması nəzərdə tutulan modul tipli təhsil müəssisələrinin siyahısını açıqlayıb.
Təhsil Nazirliyindən AzVision.az-a verilən məlumata görə, bölgələrdə modul tipli 137 məktəb tikiləcək.

Modul tipli məktəblər Xaçmaz, Xızı, Quba, Şabran, Qusar, Siyəzən, İsmayıllı, Qobustan, Ağsu, Şamaxı, Oğuz, Şəki, Qəbələ, Qax, Tovuz, Ağstafa, Şəmkir, Gədəbəy, Daşkəsən, Göygöl, Ağdaş, Bərdə, Ağdam, Ağcabədi, Tərtər, Füzuli, Ucar, Zərdab, Göyçay, Kürdəmir, Saatlı, Beyləqan, Biləsuvar, Neftçala, Cəlilabad, Masallı, Yardımlı, Lənkəran, Astara, Lerik və İmişlidə inşa ediləcək.

Eyni zamanda, Xocavənd və Laçın məktəblərinin də bir neçəsi modul tipli olacaq.

AzVision.az


Teqlər: Təhsil-Nazirliyi  





Xəbər lenti