Karlovun qətlinə görə daha bir nəfər tutuldu

Karlovun qətlinə görə daha bir nəfər tutuldu
  13 Yanvar 2018    Oxunub:1523
Türkiyədə Rusiyanın mərhum səfiri Andrey Karlovun qətli ilə əlaqədar daha bir nəfər həbs edilib.
AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, həbs edilən şəxs informasiya və rabitə texnologiyaları idarəsinin sabiq əməkdaşıdır. İstintaqla əlaqədar onun adı açıqlanmayıb.

Həbs edilən şəxsə qarşı "qəsdən adam öldürmədə təşkilatçılıq" maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov 2016-cı il, dekabrın 19-da Ankarada, fotosərgidə çıxış edərkən odlu silahla qətlə yetirilib. Cinayəti törədən polis əməkdaşı Mert Altıntaş hadisə yerində məhv edilib. Hadisə ilə əlaqədar üçü polis əməkdaşı olmaqla 6 nəfər həbs edilib.

AzVision.az


Teqlər: Karlov   Qətl   Rusiya   Səfir  





Xəbər lenti