Sarkisyan generalları topladı: “Bizə yeni silahlar lazımdır”

Sarkisyan generalları topladı: “Bizə yeni silahlar lazımdır”
  13 Yanvar 2018    Oxunub:11010
Ermənistan prezidenti Serj Sarkisyan Müdafiə Nazirliyinin Administrativ kompleksinə gələrək erməni general və nazirlik rəsmiləri ilə görüşüb.

AzVision.az “News.am”-a istinadən xəbər verir ki, erməni rəsmilər 2018-2024-cü il üzrə Ermənistan silahlı qüvvələrinin inkişafına dair proqramı müzakirə ediblər.
Görüş zamanı çıxış edən Sarkisyan vurğulayıb ki, Ermənistan silahlı qüvvələri "inkişaf" prosesində olub və indi uzunmüddətli inkişaf planına ehtiyac yaranıb. Onun sözlərinə görə, "inkişaf planı" silahlı qüvvələrin möhkəmlənməsi və təkmilləşməsinə, həmçinin silahlanmanın yenilənməsinə xidmət edəcək.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Ermənistan   Sarkisyan  





Xəbər lenti