ABŞ etiraf edir: “Rusiya bizdən üstündür”

ABŞ etiraf edir: “Rusiya bizdən üstündür”
  13 Yanvar 2018    Oxunub:2327
Rusiya nüvə silahının istehsalına görə ABŞ qarşısında nəzərə çarpacaq üstünlüyə malikdir.

AzVision.az xəbər verir ki, bu barədə “The Huffington Post” nəşrində dərc olunan ABŞ-ın nüvə doktrinasında bildirilib.
“Rusiya nüvə silahının istehsalına görə ABŞ və onun tərəfdaşları qarşısında nəzərə çarpacaq üstünlüyə malikdir”, - deyə doktrinada qeyd edilib.

Məlumata görə, Rusiya həm nüvə, həm də adi silahlanma kimi istifadə oluna biləcək müxtəlif növ qeyri-strateji sistemlər hazırlayır ki, bu da ona ABŞ-la bağlanan strateji hücum silahlarının azaldılması ilə bağlı sazişi pozmadan nüvə arsenalını genişləndirməyə imkan verir.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: ABŞ   Rusiya   Nüvə  





Xəbər lenti