Ermənistanda qadın və uşaqlar zorakılığa məruz qalır
AzVision.az xəbər verir ki, bu barədə “Human Rights Watch” təşkilatının məqaləsində qeyd olunub.
Rəyi soruşulanlar qeyd edib ki, zorakılıqla bağlı polisə və ya digər səlahiyyətli orqanlara məlumat verilsə də, günahkarlar məsuliyyətə cəlb edilmir.
“Ermənistan hakimiyyəti ailədə zorakılığın qarşısını ala bilmir və ailə üzvlərinin, xüsusən də qadınların, uşaqların həyat və sağlamlığını təhlükə altında qoyur. Yeni qanun mühüm addımdır. Lakin hakimiyyət ailədə zorakılıq barədə məlumatlara ciddi yanaşmasa, qadınlara və uşaqlara lazımi hüquqi, tibbi və sosial yardım göstərməsə, təhlükə mövcud olacaq” –deyə təşkilatın Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Byukenen Ceyn deyib.
Qeyd olunub ki, ötən il ərzində 4 qadın ailə zorakılığı səbəbindən öldürülüb. Son 7 il ərzində isə zorakılıq nəticəsində ölənlərin sayı 50 nəfər təşkil edib.
İlkin Nəcəfzadə
AzVision.az
Teqlər: Ermənistan Qadın Zorakılığı