Avropa İttifaqı: “Qarabağ münaqişəsi daim diqqətimizdədir”

Avropa İttifaqı: “Qarabağ münaqişəsi daim diqqətimizdədir”
  13 Yanvar 2018    Oxunub:1947
Dağlıq Qarabağ münaqişəsi Avropa İttifaqının diqqətində qalmaqdadır.
AzVision.az xəbər verir ki, bu barədə ATƏT-in sədri Angelino Alfanonun bəyanatına cavab olaraq Aİ-nin ATƏT-dəki nümayəndəsinin yaydığı məlumatda bildirilib.

“Gürcüstanda, Moldovada həlli uzanan münaqişələr, həmçinin Dağlıq Qarabağ münaqişəsi əvvəlki kimi bizim diqqətimizi tələb edir və biz İtaliyanın belə münaqişələrin mövcud formatlarda həllinə dair ATƏT-in fəaliyyətinin möhkəmləndirilməsinə sadiqliyini yüksək qiymətləndiririk. Biz əvvəlki kimi böyük narahatlıqlara səbəb olan münaqişəli vəziyyətlərin humanitar aspektlərinə daimi diqqəti yüksək qiymətləndiririk”, - deyə Aİ-nin ATƏT-dəki nümayəndəsinin yaydığı bəyanatda vurğulanıb.

Qeyd edək ki, Vyanada prioritetləri açıqlayan İtaliyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Angelino Alfano bəyan edib ki, onlar ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəkləyəcəklər.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:   Qarabağ   ATƏT  





Xəbər lenti