Bəyannamə təsdiq edildi

Bəyannamə təsdiq edildi
  27 Sentyabr 2013    Oxunub:936
Azərbaycan Prezidentinin və İtaliya Baş nazirinin enerji sahəsində əməkdaşlıq haqqında Birgə Bəyannaməsi təsdiq edilib
Azərbaycan Prezidenti İlham Əliyev 2013-cü il iyunun 27-də Bakı şəhərində və 2013-cü il iyulun 5-də Sofiya şəhərində imzalanmış "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Bolqarıstan Respublikasının Müdafiə Nazirliyi arasında "Qara Dəniz Rotasiya Qüvvələri-2013" hərbi təliminə Sahib Ölkənin dəstək göstərməsi şərtlərinə dair Texniki Saziş"in təsdiq edilməsi haqqında fərman imzalayıb.

Dövlət başçısı, həmçinin 2013-cü il avqustun 11-də Bakı şəhərində qəbul edilmiş "Azərbaycan Respublikası Prezidentinin və İtaliya Respublikası Baş nazirinin enerji sahəsində əməkdaşlıq haqqında Birgə Bəyannaməsi"ni təsdiq edib.

Nazirlər Kabinetinə Birgə Bəyannamənin müddəalarının həyata keçirilməsi üçün zəruri tədbirlər görmək tapşırılıb.

Azərbaycan Prezidenti 2013-cü il avqustun 15-də Qəbələ şəhərində imzalanmış "Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzv dövlətlərinin Xarici İşlər Nazirlikləri arasında Əməkdaşlıq Protokolu"nun təsdiq edilməsi haqqında da fərman imzalayıb.

Azərbaycan Xarici İşlər Nazirliyi Əməkdaşlıq Protokolunun müddəalarının həyata keçirilməsini təmin etməlidir.



Teqlər:





Xəbər lenti