“Dərnəgül” Nəqliyyat Mübadilə Mərkəzi gələn həftə işə başlayacaq

“Dərnəgül” Nəqliyyat Mübadilə Mərkəzi gələn həftə işə başlayacaq
  13 Yanvar 2018    Oxunub:1734
“Dərnəgül” Nəqliyyat Mübadilə Mərkəzi gələn həftə sərnişinlərin istifadəsinə veriləcək.
AzVision.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə Əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev məlumat verib.

Qurum rəsmisi bildirib ki, “Dərnəgül” Nəqliyyat Mübadilə Mərkəzi müəyyən texniki məsələlərə görə növbəti həftə işə başlayacaq.

Xatırladaq ki, metronun “Dərnəgül” stansiyasının ətrafında yaradılan mübadilə mərkəzinin ərazisində asfalt örtüyü və piyada səkiləri təmir olunub, yol nişanları və nişanlanması təşkil edilib, 5 ədəd yeni avtobus dayanacaq pavilyonu quraşdırılıb. Mərkəz istifadəyə verildikdən sonra burada gün ərzində 11 marşrut xətti üzrə 112 avtobusun sərnişinlərə xidmət göstərəcəyi planlaşdırılır. Ərazidə eyni zamanda taksi minik avtomobilləri üçün də duracaqlar müəyyənləşdirilərək nişanlanıb.

AzVision.az


Teqlər: Dərnəgül   Nəqliyyat   BNA  





Xəbər lenti