Avropa xəbər agentlikləri bir araya gəldi

Avropa xəbər agentlikləri bir araya gəldi
  27 Sentyabr 2013    Oxunub:1059
Cenevrədə Avropa Xəbər Agentlikləri Alyansının konfransı və Baş Assambleyası keçirilib
Bu gün Cenevrədə Avropa Xəbər Agentlikləri Alyansının (EANA) "Xəbər agentlikləri və lisenziyalaşdırma, piratçılıq və müəlliflik hüququ" mövzusunda konfransı və Baş Assambleyası keçirilib.

Azərbaycanı 2008-ci ildən alyansın üzvü olan Dövlət Teleqraf Agentliyini (AzərTAc) bu tədbirdə xarici dillərdə informasiya baş redaksiyasının baş redaktoru Nadir İsmayılov və ictimai-siyasi xəbərlər redaksiyasının müdiri Cavid Bədəlov təmsil edir.

Tədbirdə "Associated Press" agentliyinin vitse-prezidenti Cim Kennedi, Belçikanın Məlumat Bazası və Lisenziyalaşdırma Şəbəkəsinin prezidenti Endryü Haqs, Londonda fəaliyyət göstərən "Linked Content Coalition and Rightscom" təşkilatının baş məsləhətçisi Qodfrey Rust, Avropa Komissiyasının Daxili Market və Xidmətlər Direktorluğunun direktoru xanım Kerstin Corna, Almaniyanın dpa agentliyinin vitse-prezidenti Matyas Mən, Çexiya Xəbər Agentliyinin baş direktoru Jiri Majstr, Böyük Britaniyanın "Press Association" agentliyinin baş icraçı direktoru Klayv Marşal məruzələrlə çıxış edərək dünyada müəllif hüquqlarının pozulması hallarına, piratçılığa qarşı mübarizə, təmsil etdikləri ölkələrdə bu sahədə qanunvericilik, müəlliflik hüququnun rəqəmli onlayn mühitdə qorunması, piratçılığın müasir problemləri və qarşılıqlı əməkdaşlıq əsasında onun azaldılması, lisenziyalaşdırma və əqli mülkiyyət hüququnun təminatı haqqında danışıblar.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.



Teqlər:





Xəbər lenti