“Neft bazarında tarazlıq yaranır” - Novak

“Neft bazarında tarazlıq yaranır” - Novak
  13 Yanvar 2018    Oxunub:1736
Yanvarın 21-də Omanda Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə daxil olmayan ölkələrin - OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin iclası keçiriləcək.
AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak deyib. O bildirib ki, iclasda neftin qiymətindəki mövcud durum müzakirə olunacaq.

O, qeyd edib ki, neft bazarında tarazlıq yaranır: “Hasilatdakı artımın azaldığını müşahidə edirik. Lakin bazar hələ tam balanslaşmayıb. Ona görə də, bu vəziyyətin monitorinqini davam etdirməliyik”.

AzVision.az


Teqlər: Neft   OPEC  





Xəbər lenti