Səhvən raket həyəcanı verildi, insanlar təşvişə düşdü

Səhvən raket həyəcanı verildi, insanlar təşvişə düşdü
  14 Yanvar 2018    Oxunub:1762
Havay adalarına ballistik raketin istiqamətləndiyinə dair verilən yanlış xəbərdarlıq sakinlər arasında təşvişə səbəb olub.
"Anadolu" agentliyinin verdiyi xəbərə görə, vətəndaşların mobil telefonlarına səhər saatlarında təcili siqnal kodu ilə “Havay adalarına qarşı ballistik raket təhdidi. Dərhal sığınacaq tapın. Bu, bir təlim deyil!” məzmunlu mesaj göndərilib.

Ştatın Fövqəladə Hallar Xidmətinin nümayəndəsi Riçard Repoza telefonlara göndərilən xəbərdarlığın yanlış həyəcan siqnalı olduğunu açıqlayaraq, hadisənin araşdırıldığını bildirib.

Daha sonra Pentaqon məlumat yayaraq hər hansı təhlükənin olmadığı bəyan edib.

AzVision.az


Teqlər: Havay   Raket  





Xəbər lenti