Rusiyada 14 şagird və müəllim bıçaqlanıb - Yenilənib

Rusiyada 14 şagird və müəllim bıçaqlanıb - Yenilənib
  15 Yanvar 2018    Oxunub:2065
Rusiyanın Perm şəhərində məktəbdə baş verən kütləvi davada yaralanların sayı 15 nəfərə çatıb.

AzVision.az TASS-a istinadən xəbər verir ki, məlumatı Perm Şəhəri Adminstrasiyasının mətbuat xidməti yayıb. Qeyd olunub ki, 12 nəfər xəstəxanaya çatdırılıb.
Müəllim və iki yeniyetmənin vəziyyəti ağırdır. Onlar 4 saylı şəhər klinik xəstəxanasında əməliyyat olunurlar. Məktəbdə baş verən insidentin detalları açıqlanıb.

Rusiya İstintaq Komitəsinin regional idarəsindən bildirilib ki, dərs zamanı iki məktəbli arasında başlayan dava bıçaqlanma ilə nəticələnib. Məktəblilərin hər ikisində bıçaq olub. Müəllim və şagirdlər onları ayırmağa çalışan zaman bıçaq xəsarətləri alıb.

***

Rusiyanın Perm şəhərində maskalı şəxslər məktəbə hücum edib. AzVision.az “Ria Novosti”yə istinadən xəbər verir ki, bunu Perm vilayətinin ərazi təhlükəsizlik nazirliyinin rəsmisi Yelena Dubinina bildirib. Onun sözlərinə görə, hadisə şəhərin Motovilixin rayonunda yerləşən 127 saylı məktəbdə baş verib.

Belə ki, iki maskalı şəxs məktəbə hücum edib. Nəticədə 8 uşaq və 1 müəllim bıçaq xəsarəti alıb. Bir şagird və müəllimin vəziyyəti ağırdır. Onlar əməliyyata alınıb. Hadisə ilə bağlı təxminən 700 uşaq məktəbdən evakuasiya edilib.

Artıq məktəbə basqın edən şəxslər saxlanılıb. Hadisə ilə əlaqədar Perm Diyarının qubernatoru Maksim Reşetnikovun rəhbərliyi ilə əməliyyat qərargahı yaradılıb.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Rusiya   Məktəb  





Xəbər lenti