Rusiya Azərbaycanla əlaqələrdən razıdır - Lavrov

Rusiya Azərbaycanla əlaqələrdən razıdır - Lavrov
  15 Yanvar 2018    Oxunub:1838
Rusiya Azərbaycanla ikitərəfli əlaqələrin səviyyəsindən razıdır.

AzVision.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2017-ci ilin yekunları ilə əlaqədar bu gün keçirdiyi mətbuat konfransında deyib.
"Rusiya-Azərbyacan münasibətləri prezidentlərin və xarici işlər nazirlərinin intensiv dialoquna əsaslanır. Ölkələr arasında qarşılıqlı ticarət dövriyyəsinin və qarşılıqlı investisiyaların həcmi artır”, - deyə Lavrov qeyd edib.

Lavrov vurğulayıb ki, hökumətlərarası komissiya müxtəlif sahələrdə fəaliyyət göstərir: “Biz Azərbaycan Respublikası ilə strateji tərəfdaşlıqdan çox məmnunuq”

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Rusiya   XİN   Azərbaycan   Lavrov  





Xəbər lenti