Ərdoğan ABŞ-a meydan oxudu: 30 minlik ordu məhv ediləcək

Ərdoğan ABŞ-a meydan oxudu: 30 minlik ordu məhv ediləcək
  15 Yanvar 2018    Oxunub:2436
“ABŞ tərəfindən Suriyanın şimalında yaradılan terror ordusu Türkiyənin milli təhlükəsizliyini təhdid edir və həmin ordu məhv ediləcək”.

AzVision.az-ın məlumatına görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Onun sözlərinə görə, ABŞ Türkiyəyə müttəfiq kimi yanaşmalıdır:
“Bizim vəzifəmiz bu ordunu hələ doğulmamış boğmaqdır. Əgər ABŞ bu vəhşi heyvanlarla əməkdaşlıq etmək istəyirsə bu onların işidir. Amma biz buna imkan verməyəcəyik”.

Ərdoğan yaxın günlərdə Türkiyə ordusunun Suriyada PYD/YPG-nin nəzarətində olan Afrin bölgəsində hərbi əməliyyat aparacağını da açıqlayıb.

Qeyd edək ki, dünən ABŞ-ın Suriya və İraqda İŞİD-ə qarşı mübarizə məqsədilə qurulan koalisiya əsasını PKK-nın Suriya qolu PYD/YPG-nin təşkil edəcəyi 30 minlik ordu quracağını bəyan edib.

AzVision.az


Teqlər: Ərdoğan   ABŞ   Türkiyə  





Xəbər lenti