Polad Bülbüloğlu ermənilərə müsahibə verdi

  27 Sentyabr 2013    Oxunub : 401
Polad Bülbüloğlu ermənilərə müsahibə verdi
"Hər iki tərəfdə düşmən obrazının yaradılması təhlükəli minadır. Onun partlaması gələcək nəsillərə də ziyan verəcək"
Bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Ermənistanın "News.am" saytına müsahibəsində deyib.

Səfir, 23-26 sentyabr tarixlərində MDB ölkələrinin elmi və yaradıcı ziyalılarının Minskdə keçirilən 8-ci forumu çərçivəsində baş tutan müsahibədə bildirib ki, Ermənistan və Azərbaycanın vətəndaş cəmiyyətlərinin nümayəndələri təmas xəttində axtarışlara davam etməlidirlər.

Səfir təəssüflə qeyd edib ki, Azərbaycan və Ermənistan ziyalılarının tərəflər arasında etibarlılıq atmosferinin yaradılması üçün cəlb edilməsi istiqamətində atılan təşəbbüsün davamı nədənsə alınmır:

"Amma biz bu təşəbbüsləri davam etdirməyə hazırıq və Azərbaycan tərəfi də bunda maraqlıdır. Biz dəfələrlə Rusiyanın bu sülh formatını və Minsk Qrupunun həmsədrlərini dəstəklədiyimizi də bəyan etmişik. Amma onlara sual vermək lazımdır ki, bu münaqşişənin həllinə kim yardım edəcək".

O, qeyd edib ki, hərçənd ölkələrimiz və xalqlarımız arasında bir çox problemlər yığılıb qalıb. Amma bizim sülh danışıqları masası arxasında oturmaqdan başqa əlacımız qalmayıb: "Bu gün dünyaya baxmaq lazımdır. Biz anlamalıyıq ki, bizdən başqa münaqişənin həllinə kömək edən tapılmayacaq.

Buna görə biz yaşımızın bu çağında ağıla hərəkət etməli və danışıqlara başlamaq üçün təmas nöqtələrini axtarmaq lazımdır. bir daha bildirirəm ki, bununn üçün lazım olan imkanlar hələ də bitməyib. Amma təəssüf ki, vaxt bizə qarşı işləyir".Səfir bildirib ki, dialoqu qaydaya salmaq üçün hər iki tərəfin ziyalıların potensialından istifadə etmək lazımdır.

AzVision.az

Teqlər: