Goranboyda tapılan çeçen qadından yeni xəbər var

Goranboyda tapılan çeçen qadından yeni xəbər var
  16 Yanvar 2018    Oxunub:2407
Goranboyda küçədə tapılan 104 yaşlı Mədinə Əliyeva Çeçenistana aparılaraq orada sığınacağa yerləşdirilib.
AzVision.az xəbər verir ki, M.Əliyeva Naursk rayonunun Alpatovo kəndində sığınacaqda saxlanılır.

Yerli telekanalların sığınacaqdan hazırladığı reportaj zamanı yaşlı qadın bundan əvvəl İordaniyada yaşadığını iddia edib. Qadının rabitəsiz danışığı diqqət çətib. O, gah rus dilində, gah da çeçen dilində danışıb. Sözsüz ki, reportajda M.Əliyevanın İordaniyada yaşamasının inandırıcı olmadığını vurğulanıb.

Qeyd edək ki, Yeni il bayramı ərəfəsində 104 yaşlı çeçen əsilli Mədinə Əliyeva Goranboy rayonunda tapılıb. Qadının bildirdiyinə görə, onu Mərbəla adı ilə Goranboya gətiriblər. Daha sonra o, Azərbaycanın Daxili İşlər Nazirliyi və Çeçenistandan olan nümayəndəliyin köməkliyi ilə bu ölkəyə yola salınıb.

AzVision.az


Teqlər: Mədinə-Əliyeva  





Xəbər lenti